Dalga Televiziyasi Yazıçı Kamal Abdullayevin “Hərdən mənə mələk də deyirlər” əsəri Tbilisidə səhnələşdirilib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3915
DünənDünən5354
Bu həftəBu həftə35919
Bu ayBu ay72540
Bu günə qədərBu günə qədər9215018

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Yazıçı Kamal Abdullayevin “Hərdən mənə mələk də deyirlər” əsəri Tbilisidə səhnələşdirilib

alt

Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının kollektivi Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, tanınmış yazıçı Kamal Abdullayevin “Hərdən mənə mələk də deyirlər” əsərinin tamaşasını hazırlayıb.

Tamaşanın süjet xəttinin xeyir və şərin mübarizəsi təşkil edir. Şeytanın müxtəlif rənglər, səslər, maddi vəsait hesabına gənc şairi dinindən, dilindən döndərməyə çalışır. Lakin xeyir mələyi gəncin dinindən dönməsinə imkan vermir. Hadisələr xeyir mələyinin qələbəsi ilə başa çatır.

Səhnə əsərində əsas rolları Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının aktyorları Şeyla Səfərova, Binəli İslamoğlu, Leyla Qasımova, Namiq Musayev və Vüqar Maşov ifa ediblər. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Azərbaycanın Əməkdar artisti Namiq Valehoğludur.

Premyerada Gürcüstanın dövlət və hökumət rəsmiləri, parlamentin deputatları, gürcü və Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Saytda Axtarış

ახალი ამბები