Dalga Televiziyasi İsveçrədə Azərbaycan mədəniyyətinin təqdimatı keçirilib - FOTO
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün826
DünənDünən6203
Bu həftəBu həftə19525
Bu ayBu ay25313
Bu günə qədərBu günə qədər8386944

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İsveçrədə Azərbaycan mədəniyyətinin təqdimatı keçirilib - FOTO

Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyinin təşkilati dəstəyi ilə İsveçrənin Bül (Bulle) şəhərində  Qlion Ali Təhsil İnstitutunda təhsil alan tələbələrimiz ənənəvi təşkil edilən “Mədəniyyət yarmarkası”nda iştirak edib.

Səfirlikdən APA-ya bildiriblər ki, çoxsaylı şəhər ictimaiyyətinin iştirak etdiyi yarmarkada 7 ölkənin, o cümlədən Azərbaycan mədəniyyətinin təqdimatı keçirilib.

Təqdimatda milli musiqimizin nümunələri səsləndirilib, maddi-mədəniyyət nümunələrimiz və Azərbaycanın turizm imkanları, o cümlədən adət-ənənələrimiz barədə qonaqlara ətraflı məlumatlar verilib. İştirakçılara həmçinin milli mətbəximizin təamlarından nümunələr də təqdim olunub, milli rəqslərimiz nümayiş olunub. “Mədəniyyət yarmarkası”nın iştirakçıları Azərbaycana aid stenddə nümayiş olunan eksponatlara və məlumatlara böyük maraq göstərib.

Saytda Axtarış

ახალი ამბები