Dalga Televiziyasi Böyük Britaniya Ermənistan və Azərbaycana çağırış edib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1
DünənDünən5185
Bu həftəBu həftə1
Bu ayBu ay47690
Bu günə qədərBu günə qədər8409321

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Böyük Britaniya Ermənistan və Azərbaycana çağırış edib

altBöyük Britaniya Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən gərginlikdən narahatdır və bütün tərəfləri bu gərginliyi azaltmağa çağırır.

Dalgatv-nin APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur.

Bəyanatda bildirilir ki, ötən həftə Dağlıq Qarabağ ətrafında vəziyyətin gərginləşməsi barədə məlumatlar yayılıb: “Çoxlu sayda itkilərin olması və ağır hərbi qurğulardan istifadə olunması haqda yayılan məlumatlar ötən 20 il ərzində atəşkəsin ən narahatverici formada pozulduğunu göstərir. Böyük Britaniya həm Ermənistanı, həm də Azərbaycanı gərginliyi azaltmaq üçün təcili tədbirlər görməyə və atəşkəs rejiminə əməl etməyə çağırır”.

Bəyanatda hər iki tərəfdən itkilərin baş verməsindən kədər hissi ifadə olunur və tərəflər sülh razılaşması istiqamətində ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birgə işləməyə çağırılır.

Saytda Axtarış

ახალი ამბები