Dalga Televiziyasi Azərbaycanla Türkiyə arasında protokol imzalanıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1537
DünənDünən5185
Bu həftəBu həftə1537
Bu ayBu ay49226
Bu günə qədərBu günə qədər8410857

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycanla Türkiyə arasında protokol imzalanıb

altNaxçıvan-Qars dəmir yolunun xəttinin çəkilməsi ilə bağlı Azərbaycanla Türkiyə arasında müvafiq protokol imzalanıb.

Dalgatv-nin APA-ya istinadən verdiyi xəbərə görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.

Nazir müavini deyib ki, hazırda Türkiyədən olan mütəxəssislər Qars ərazisindən dəmir yollarının Naxçıvan ərazisinə birləşdirilməsi üçün layihələndirmə işlərini aparırlar.

M. Pənahov əlavə edib ki, eyni zamanda yerli mühəndislər də bu layihələndirmə işlərində iştirak edirlər: “Qars-Naxçıvan dəmir yolu xəttinin böyük bir hissəsi Türkiyə ərazisindən keçir. Təxminən 13 km yeni tikinti işləri isə Naxçıvan ərazisində nəzərdə tutulub. Həmçinin Naxçıvan ərazisində 160 kilometr dəmir yollarının yenidən qurulmasına və inkişafına ehtiyac var. Layihə üzərində iş davam edir, kifayət qədər böyük layihədir. Onun detalları ilə bağlı ətraflı layihə hazırlandıqdan sonra hökumətə təklif ediləcək”

Saytda Axtarış

ახალი ამბები