Dalga Televiziyasi Gürcüstanın yeni xarici işlər nazirinin adı məlum olub
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1552
DünənDünən5185
Bu həftəBu həftə1552
Bu ayBu ay49241
Bu günə qədərBu günə qədər8410872

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanın yeni xarici işlər nazirinin adı məlum olub

altGürcüstanın yeni xarici işlər nazirinin adı məlum olub.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, yeni naziri Gürcüstanın baş naziri İrakli Qaribaşvili təqdim edib.

Baş nazirin sözlərinə görə, Tamar Beruçaşvili ölkənin xarici siyasət istiqamətini dəqiq bilir: "Avropa seçimi gürcü xalqının seçimidir və mən ümidvaram ki, Tamar Beruçaşvili bu işə öz töhfəsini verəcək. Onun dövlət və diplomatik sahədə 22 illik böyük təcrübəsi var. O, eyni zamanda özünün böyük təcrübəsi ilə Gürcüstanın Avropaya inteqrasiyası prosesinə mühüm töhfə verəcək. Ona xidmət etdiyimiz bu yolda uğurlar arzulamaq istəyirəm".


Qeyd edək ki, T. Beruçaşvili bundan öncə xarici işlər nazirinin müavini olub. O, noyabrın 4-də XİN başçısı Maya Pancikidze ilə birhə istefa versə də, az keçməmiş qərarından imtina edib və İ. Qaribaşvili ilə söhbətdən sonra öz vəzifəsində qalıb.

Saytda Axtarış

ახალი ამბები