Dalga Televiziyasi Tbilisidə “Mühüm enerji infrastruktur obyektlərinin mühafizəsi istiqamətində təhlükəsizlik çağırışları” adlı konfrans keçirilib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1127
DünənDünən6004
Bu həftəBu həftə32070
Bu ayBu ay37858
Bu günə qədərBu günə qədər8399489

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Tbilisidə “Mühüm enerji infrastruktur obyektlərinin mühafizəsi istiqamətində təhlükəsizlik çağırışları” adlı konfrans keçirilib

altNoyabrın 25-28-də Gürcüstan paytaxtında “Mühüm enerji infrastruktur obyektlərinin mühafizəsi istiqamətində təhlükəsizlik çağırışları” adlı konfrans keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Gürcüstandakı Atlantik Şurasının icraedici direktoru Georgi Muçaidze açıb. Sonra konfrans panellərdə davam edib.

Noyabrın 27-də konfransda ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza çıxış edib.

Bu gün davam edən tədbirdə ADA Universitetinin elmi işçisi, ekspert Zaur Şiriyevin çıxışı dinlənilib. O, Azərbaycanda enerji siyasəti, Transadriatik qaz boru kəmərinin əhəmiyyəti və enerji infrastrukturunun qorunması sahəsində Azərbaycanın təcrübəsindən danışıb.

Konfransda müzakirələr zamanı enerji infrastrukturlarına yönələn terror, təxribat, kriminal və digər hadisələrin baş verməsinə qarşı NATO-nun rolu və Cənubi Qafqaz regionunda hərbi-siyasi təhlükəsizlik məsələləri geniş müzakirə edilib.

Tədbirdə mühüm infrastruktur obyektlərinin qoruması məsələsində ən yaxşı təcrübə və tövsiyələr qəbul olunub. Bunlar xüsusi nəşrdə toplanacaq və NATO-ya təqdim ediləcək.

Saytda Axtarış

ახალი ამბები