Dalga Televiziyasi Allahşükür Paşazadə Mixail Qorbaçovu beynəlxalq məhkəməyə verməyə çağırıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1545
DünənDünən5185
Bu həftəBu həftə1545
Bu ayBu ay49234
Bu günə qədərBu günə qədər8410865

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Allahşükür Paşazadə Mixail Qorbaçovu beynəlxalq məhkəməyə verməyə çağırıb

alt“Dünya bilməlidir ki, XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında Azərbaycan xalqına qarşı törədilmiş kütləvi terror da var”


 Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə SSRİ prezidenti Mixail Qorbaçovu beynəlxalq məhkəməyə verməyə çağırıb.

APA-nın məlumatına görə, bu barədə Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə 20 Yanvar şəhidlərinin yaxınları ilə görüşdə deyib.

Şeyxülislam bildirib ki, 20 Yanvar hadisələri Sovet rəhbərinin göstərişi ilə Azərbaycanın xalqın azadlıq hissini, haqlı tələbini qan içində boğmaq cəhdi idi: “Ona görə də Azərbaycan xalqının tam haqqı var ki, əlləri qanına bulaşmış qatillərini, xüsusilə Mixail Qorbaçovu məhkəməyə versin. Dünya bilməlidir ki, XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında Azərbaycan xalqına qarşı törədilmiş kütləvi terror da var. Qarabağ münaqişəsi də 20 Yanvar cinayətinin davamı oldu. Xalqı buna qiymət verilməsini tələb etməlidir”.

Saytda Axtarış

ახალი ამბები