Dalga Televiziyasi SOCAR: Payız-qış mövsümünə hazırlıq məqsədilə yeraltı qaz anbarlara daha 2 mlrd. kubmetr qaz vurulacaq
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün5484
DünənDünən6004
Bu həftəBu həftə36427
Bu ayBu ay42215
Bu günə qədərBu günə qədər8403846

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


SOCAR: Payız-qış mövsümünə hazırlıq məqsədilə yeraltı qaz anbarlara daha 2 mlrd. kubmetr qaz vurulacaq

Azərbaycanın təbii qaza olan tələbatının davamlı təminatı və ixrac imkanlarının genişləndirilməsi məqsədi ilə SOCAR qarşısında yeraltı qaz anbarlarının aktiv tutumunun artırılmasına dair qoyulan vəzifə təxirə salınmadan və yüksək keyfiyyətlə yerinə yetirilir.


SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, hazırda payız-qış mövsümü üçün ''Azneft'' İB-nin “Qaradağ” və “Qalmaz” qaz anbarlarına təbii qazın vurulması uğurla davam etdirilir. Bu proses mövcud qrafikə uyğun olaraq aprel ayından başlanıb və cari ilin noyabr ayında başa çatdırılacaq.

İndiyədək anbarlara ümumilikdə 1 mlrd. 466 mln. 218 min kubmetr qaz vurulub ki, bunun da 680 mln. 422 min kubmetri “Qaradağ”, 785 mln. 796 min kubmetri isə “Qalmaz” qaz anbarlarının payına düşüb.

Mövsümün sonuna kimi anbarlarına ümumilikdə daha 2 mlrd. kubmetr qazın vurulması proqnozlaşdırılır.

Saytda Axtarış

ახალი ამბები