Dalga Televiziyasi SOCAR bu il qərb marşrutu ilə 2,034 mln. ton neft ixrac edib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün5667
DünənDünən6004
Bu həftəBu həftə36610
Bu ayBu ay42398
Bu günə qədərBu günə qədər8404029

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


SOCAR bu il qərb marşrutu ilə 2,034 mln. ton neft ixrac edib

მომხმარებლის შეფასება: / 0
ცუდისაუკეთესო 

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin sentyabr ayında Supsa limanından (Qara dəniz, Gürcüstan) 169 479 ton xam neft ixrac edib.

SOCAR-dan verilən məlumata görə, bu, ötən ilin sentyabr ayına nisbətən 33% azdır.

Yanvar-sentyabr ayları ərzində Supsa limanından 2 033 539 ton xam neft ixrac edilib. Bu göstərici isə ötən ilin müvafiq dövründən 11% az olub.

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Xam neft Supsa limanına Bakı-Supsa kəməri adlandırılan Qərb İxrac Boru Kəməri vasitəsilə nəql olunur. Bu boru kəməri ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neftin bir hissəsi dünya bazarına daşınır. Kəmər 1999-cu il aprelin 17-də istifadəyə verilib, illik ötürücülük qabiliyyəti 7 mln. tondur.

Saytda Axtarış

ახალი ამბები