Dalga Televiziyasi Gürcüstanın xarici işlər naziri: "Azərbaycan prezidentinin səfərinin nəticələrini yüksək qiymətləndirirəm“
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün178
DünənDünən4783
Bu həftəBu həftə4961
Bu ayBu ay52650
Bu günə qədərBu günə qədər8414281

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanın xarici işlər naziri: "Azərbaycan prezidentinin səfərinin nəticələrini yüksək qiymətləndirirəm“

მომხმარებლის შეფასება: / 0
ცუდისაუკეთესო 

"Bu cür səfərlər strateji tərəfdaşlığımızın, dostluq və qardaşlıq əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət edir"

"Mən strateji tərəfdaş və qardaş ölkə olan Azərbaycanın dövlət başçısının Gürcüstana səfərinin nəticələrini yüksək qiymətləndirirəm".

"Dalğa TV"nin verdiyi məlumata görə, bunu Gürcüstanın xarici işlər naziri Georgi Kvirikaşvili deyib. O bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana iki günlük rəsmi səfəri mehriban dostluq şəraitində keçib: "Görüşlərdə strateji tərəfdaşlığımızın daha da genişləndirilməsi məsələləri, münasibətlərimizin inkişafı ilə bağlı konkret təkliflər müzakirə olunub. Düşünürəm ki, bu cür səfərlər strateji tərəfdaşlığımızın, dostluq və qardaşlıq əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət edir".

Nazir onu da qeyd edib ki, Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü planlaşdırılır. Lakin o, görüşün konkret vaxtını açıqlamayıb.

Saytda Axtarış

ახალი ამბები