Dalga Televiziyasi Kvirikaşvili: “Gürcüstan Rusiyaya qarşı praqmatik siyasət yürütməkdə davam edəcək”
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3384
DünənDünən5185
Bu həftəBu həftə3384
Bu ayBu ay51073
Bu günə qədərBu günə qədər8412704

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Kvirikaşvili: “Gürcüstan Rusiyaya qarşı praqmatik siyasət yürütməkdə davam edəcək”

მომხმარებლის შეფასება: / 0
ცუდისაუკეთესო 

Gürcüstan hökuməti Rusiyaya qarşı praqmatik siyasət yürütməkdə davam edəcək.

"Dalğa TV"nin Sputnik-ə istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan baş naziri postuna namizəd Qeorqi Kvirikaşvili ölkə parlamentində çıxış edərkən deyib.

"Biz elə işləyəcəyik ki, qonşularımızla münasibətlərdə olan mövcud potensial tam şəkildə gerçəkləşsin. Rusiya ilə münasibətlərə gəldikdə, biz praqmatik siyasət yürütməkdə davam edəcəyik. Təbii ki, Rusiya Gürcüstanın müstəqilliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşması şərti ilə", deyə Qeorqi Kvirikaşvili bildirib.

Qeyd edək ki, İrakli Qaribaşvilinin istefasından sonra Gürcüstanın parlamenti rəsmi olaraq xarici işlər naziri Qeorqi Kvirikaşvilinin namizədliyini baş nazir postuna irəli sürüb. Onun namizədliyini Gürcüstan prezidenti Qeorqi Marqvelaşvili də dəstəkləyib.

Saytda Axtarış

ახალი ამბები