Dalga Televiziyasi Sabiq səfirlər: "Azərbaycan qazının başqası ilə əvəzlənməsi Gürcüstanın enerji təhlükəsizliyinə ciddi zərbə vuracaq"
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2341
DünənDünən5773
Bu həftəBu həftə39057
Bu ayBu ay44845
Bu günə qədərBu günə qədər8406476

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Sabiq səfirlər: "Azərbaycan qazının başqası ilə əvəzlənməsi Gürcüstanın enerji təhlükəsizliyinə ciddi zərbə vuracaq"

მომხმარებლის შეფასება: / 0
ცუდისაუკეთესო 

Gürcüstanın sabiq səfirlərini özündə birləşdirən "Diplomatlar klubu" bu ölkənin Energetika Nazirliyini Rusiyanın "Qazprom" şirkəti ilə aparılan danışıqlar barədə ictimaiyyətə məlumat verməyə çağırıb.

"Dalğa TV"nin xəbərinə görə, bu barədə "İnterfax" agentliyi yazır.

"Diplomatlar klubu"nun bəyanatında deyilir ki, Gürcüstanın qazla təchizatı sıradan bir iqtisadi və ya kommersiya məsələsi deyil, eyni zamanda bu ölkənin suverenliyinə də birbaşa aidiyyatı olan məsələdir.

"Buna görə, biz hesab edirik ki, Gürcüstan hökuməti ilə "Qazprom" şirkətinin rəsmilərinin İsveçrənin Sürix şəhərində baş tutan gizli danışıqlarının detalları ictimaiyyətə açıqlanmalıdır. Bu, qısa müddət ərzində artıq dördüncü görüşdür (bundan öncə ötən ilin sentyabrında Brüsseldə, oktyabrda Milanda, dekabrda Lüksemburqda)", - deyə bəyanatda bildirilir.

Sabiq səfirlərin əsas narahatlığı sonuncu görüşün gizli xarakter daşımasıdır: "Əgər informasiya sızmasaydı, belə çıxır ki, hökumət bu gizli görüş barədə ümumiyyətlə ictimaiyyətə məlumat verməyəcəkdi".

"Gürcüstan hökumətinin qaz təchizatı mənbələrinin diversifikasiyası barədə ortaya qoyduğu arqumentlər yersizdir, çünki, Azərbaycan yanacağının başqası ilə əvəzlənməsi Gürcüstanın enerji təhlükəsizliyinə ciddi zərbə vuracaq".

Saytda Axtarış

ახალი ამბები