Dalga Televiziyasi Gürcü politoloq: "Qazprom"la müqavilə bağlansa, Gürcüstan Azərbaycan kimi strateji müttəfiqini itirəcək"
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün838
DünənDünən5773
Bu həftəBu həftə37554
Bu ayBu ay43342
Bu günə qədərBu günə qədər8404973

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcü politoloq: "Qazprom"la müqavilə bağlansa, Gürcüstan Azərbaycan kimi strateji müttəfiqini itirəcək"

მომხმარებლის შეფასება: / 0
ცუდისაუკეთესო 

"Regionda böyük oyunlar gedir. "Qazprom" şirkətinin bizə qazı 200 və yaxud 180 dollara satacağı məni narahat etmir. Narahat edən Rusiyanın Ermənistanın izolyasiyasını Gürcüstan vasitəsi ilə pozmaqla Azərbaycana "soyuq müharibə" elan etmək istəyidir. Bütün Rusiya Azərbaycanın əleyhinə işləyir. Azərbaycanın arxasında Türkiyə, Türkiyənin arxasında isə NATO dayanır. Bəs arxamızda kim var? Heç kim!".
"Dalğa TV"nin  məlumatına görə, bunu gürcü politoloqu Soso Tsinsadze "Aliya" qəzetinə müsahibəsində deyib.

"Azərbaycan bunu bizə bağışlamaz. Qaz məsələsi Azərbaycan üçün prinsip məsələsidir. Azərbaycanın milli valyutası dəyərini itirir. Rusiya isə bundan Azərbaycan əleyhinə istifadə edir", - deyə politoloq qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın Türkiyəyə dəstək verməsi Rusiyanı qəzəbləndirib və Rusiya bunu bağışlamaq istəmir. "Putin revanş götürür və biz də bu işə cəlb olunmuşuq".

Politoloq "Qazprom" şirkəti ilə müqavilənin bağlanacağı halda Gürcüstanın təhlükəli vəziyyətlə üzləşəcəyini bildirib: "Müqavilə bağlansa, Gürcüstan tranzit funksiyasını və Azərbaycan kimi strateji müttəfiqini itirəcək, diplomatik manevr imkanlarımız məhdudlaşdırılacaq".

Saytda Axtarış

ახალი ამბები