Dalga Televiziyasi Gürcüstanın Baş naziri ölkənin hakim partiyasına üzv olub
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3444
DünənDünən5185
Bu həftəBu həftə3444
Bu ayBu ay51133
Bu günə qədərBu günə qədər8412764

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanın Baş naziri ölkənin hakim partiyasına üzv olub

Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasına üzv olub.

Bu barədə qərar partiyanın siyasi şurasının yanvarın 30-da keçirilmiş iclasında qəbul edilib.

Bildirilib ki, Baş nazir partiyaya üzv olmaq üçün siyasi şuraya müraciət edib.

Qeyd edək ki, G.Kvirikaşvili bu günədək heç bir partiyanın üzvü olmayıb.

İrakli Qaribaşvili ötən il dekabrın 23-də Baş nazir vəzifəsindən istefa verdikdən sonra hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasının sədri vəzifəsi də boş qalıb. Partiyanın sədri bu ilin yazında keçiriləcək qurultayda seçiləcək. Hələlik partiyaya rəhbərlik siyasi şura tərəfindən həyata keçirilir.

Saytda Axtarış

ახალი ამბები