Dalga Televiziyasi “Gürcü Arzusu” fraksiyasının rəhbəri: “Azərbaycan və Gürcüstan Xəzər regionunda açar rolu oynayır”
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3313
DünənDünən5185
Bu həftəBu həftə3313
Bu ayBu ay51002
Bu günə qədərBu günə qədər8412633

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


“Gürcü Arzusu” fraksiyasının rəhbəri: “Azərbaycan və Gürcüstan Xəzər regionunda açar rolu oynayır”

“Bizim qaz təchizatı sahəsində Azərbaycanla strateji tərəfdaşlığımıza və münasibətlərimizə heç nə təsir edə bilməz”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri parlamentdəki “Gürcü Arzusu” fraksiyasının sədri Giya Volski deyib. O bildirib ki, Avropa Xəzər hövzəsindən enerji ehtiyatlarının nəqlində maraqlıdır: “Gürcüstanın qaz bazarında kiçik həcmdə çatışmayan qazı başqa mənbələrdən təmin etməyimiz Azərbaycanla strateji və siyasi münasibətlərimizə zərər vurmaz. Xəzər regionu və hövzəsində Azərbaycan və Gürcüstan açar və həlledici rol oynayır. Buna görə də biz nəinki münasibətlərimizi möhkəmləndirmək istəyirik, siyasi taleyimiz də bizi bu istiqamətə aparır və heç cür aramızda ayrılıq ola bilməz”.

Saytda Axtarış

ახალი ამბები