Dalga Televiziyasi Avropa İnvestisiya Bankı Gürcüstanda infrastruktur layihələrə 150 milyon avro ayırır
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün5683
DünənDünən6004
Bu həftəBu həftə36626
Bu ayBu ay42414
Bu günə qədərBu günə qədər8404045

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Avropa İnvestisiya Bankı Gürcüstanda infrastruktur layihələrə 150 milyon avro ayırır

მომხმარებლის შეფასება: / 0
ცუდისაუკეთესო 

İnfrastruktur inkişaf layihələrini həyata keçirən Avropa İnvestisiya Bankı (AİB) Gürcüstana 150 milyon avro ayıracaq.

"Dalğa TV"nin məlumatına görə, bu barədə APA-ya baş nazirin mətbuat xidmətindən bildirilib. Məlumata görə, bu gün Avropa İnvestisiya Bankı (AİB) və Gürcüstanın dövlət administrasiyası arasında maliyyə müqavilələri imzalanıb.

Məlumata görə, maliyyə sənədlərini Gürcüstanın maliyyə naziri Nodar Xaduri və Avropa İnvestisiya Bankının vitse-prezidenti Laszlo Baraniais imzalayıb. Tədbirdə baş nazir Giorgi Kvirikaşvili iştirak edib.

Bildirilib ki, Avropa İnvestisiya Bankı Gürcüstanın müxtəlif regionlarında kiçik infrastruktur layihələr həyata keçirəcək. Bu məqsədlə bank "Şəhərin İnkişafı və yenidənqurma layihəsi" çərçivəsində Gürcüstana 100 milyon avro ayıracaq. Ayrılan vəsait çərçivəsində yollar, küçələr, su, kanalizasiya sistemi, turizm infrastrukturunun inkişaf etdirilməsi, seldən zərər görən infrastruktur bərpa olunacaq.

Tədbirdə həmçinin Gürcüstanın Şərq-Qərb istiqamətində Osiauri kəndinin Çumateleti hissəsində avtomobil yolunun tikintisi üçün 49,45 mln avro vəsait ayrılacağı bildirilib.

Tədbir çərçivəsində G. Kvirikaşvil ilə AİB-nın vitse-prezidenti Laszlo Baraniais arasında görüş olub. Baş nazir infrastruktur layihələrin tikintisinə ayrılan vəsait üçün AİB-nın vitse-prezidentinə minnətdarlığını bildirib və AİB ilə əməkdaşlığın getdikcə dərinləşəcəyinə ümidvar olduğunu qeyd edib.

Tədbirdə Aİ-nin Gürcüstandakı səfiri Yanoş Herman, Gürcüstanın maliyyə naziri Nodar Xaduri və Regional İnkişaf və İnfrastruktur naziri Nodar Cavaxişvili iştirak edib.

Saytda Axtarış

ახალი ამბები