Dalga Televiziyasi Nazir: "Gürcüstan Azərbaycan iş adamlarına investisiya yatırmaq üçün hər cür şərait yaradır"
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3962
DünənDünən6004
Bu həftəBu həftə34905
Bu ayBu ay40693
Bu günə qədərBu günə qədər8402324

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Nazir: "Gürcüstan Azərbaycan iş adamlarına investisiya yatırmaq üçün hər cür şərait yaradır"

მომხმარებლის შეფასება: / 0
ცუდისაუკეთესო 

"Gürcüstan Azərbaycan və Gürcüstan sahibkarlarının qarşılıqlı əməkdaşlığı məqsədilə şərait yaradılması üçün mümkün olan hər şeyi edir".

"Dalğa TV" xəbər verir ki, bu barədə Gürcüstanın kənd təsərrüfatı naziri Otar Daneliya Bakıda keçirilən "CaspianAgro-2016" beynəlxalq sərgisinin açılış mərasimində bidirib.
"Azərbaycanla məhsuldar əməkdaşlığa görə şadıq. Azərbaycan bizim strateji tərəfdaşımızdır, bizim çoxlu ortaq nöqtəmiz var. Əməkdaşlığımızın əsas istiqaməti aqrar-sənaye kompleksidir", - deyə O.Daneliya vurğulayıb.
Onun sözlərinə görə, iqtisadiyyatın kənd təsərrüfatı sahəsinə ölkə əhalisinin yarıdan çoxu cəlb edildiyindən, Gürcüstanın bu sektorda bilik və təcrübə ehtiyatına malik olduğunu söyləmək mümkündür: "Əlbəttə, kənd təsərrüfatı sektoru bizim üçün prioritetdir və biz ölkədə hissolunacaq tərəqqi görürük".
Nazir Gürcüstanın Azərbaycan iş adamları da daxil olmaqla, xaricdən investisiya yatırılması üçün hər cür şərait yaratdığını bildirib: "Gürcüstan iqtisadiyyatına birgə və fərdi investisiya edəcək Azərbaycan iş adamlarını alqışlayacağıq. Biz qarşılıqlı əməkdaşlıq məqsədilə şərait yaradılması mümkün olan hər şeyi edirik".

Saytda Axtarış

ახალი ამბები