Dalga Televiziyasi İstanbulda BMT-nin Humanitar sammiti keçirilir
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3447
DünənDünən5185
Bu həftəBu həftə3447
Bu ayBu ay51136
Bu günə qədərBu günə qədər8412767

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İstanbulda BMT-nin Humanitar sammiti keçirilir

İlham Əliyev Sammitdə çıxış etdi

“Ermənistan silahlı birləşmələri Azərbaycan əhalisinə qarşı qadağan olunmuş kimyəvi silah olan fosforlu bombadan istifadə edib”.

ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev İstanbulda keçirilən Dünya Humanitar Sammitində çıxışı zamanı deyib.

Prezident bildirib ki, Ermənistanın həyata keçirdiyi hərbi işğal və təcavüz nəticəsində 20 ildən artıqdır ki, Azərbaycanın 20 faiz ərazisi işğal altındadır:

“Azərbaycanın 1 milyondan artıq əhalisi qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan Azərbaycana qarşı etnik təmizləmə həyata keçirib, əhaliyə qarşı soyqırım törədib. Ermənistan Silahlı bölmələrinin 1992-ci il 26 fevral tarixində törətdiyi Xocalı soyqırımı dünyanın 10-dan çox ölkəsi tərəfindən tanınıb”.

İlham Əliyev qeyd edib ki, Ermənistan silahlı qüvvələri bu il aprelin əvvəlində yenidən Azərbaycanın dinc əhalisinə qarşı yeni hücumlar təşkil edib. O qeyd edib ki, Ermənistanın aprel hücumu zamanı Azərbaycanın əsgər və zabitləri, o cümlədən 6 dinc sakini ölüb, 30-a yaxın sakin yaralanıb. "Azərbaycan Silahlı Qüvvələri dinc əhalisini qorumaq məqsədi ilə Ermənistan birləşmələrinə layiqli cavab verib və bundan sonra hücumlar dayanıb. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf 7 rayonunu işğal altında saxlayır. Bu ölkə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini yerinə yetirmir”.

13:24 / Ərdoğan Humanitar sammitin açılışında çıxış edib

Türkiyə Suriya və İraqdan olan qaçqınlara yardım üçün 10 milyard dollar xərcləyib. ANS PRESS-in məlumatına görə, bunu Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Birinci Humanitar sammitdə çıxış edərkən bildirib. 

"Suriyadan və İraqdan olan qaçqınlar bizdə sığınacaq tapıblar. Biz bombalardan canını qurtarmaq istəyənlər üçün qapımızı heç vaxt bağlamayacağıq. Təkcə 2014-cü ildə biz humanitar məqsədlər üçün 6,4 milyard dollar xərcləmişik və bu rəqəm ildən-ilə artır. Bizim qaçqınlar üçün 10 milyard dollar xərclədiyimiz bir vaxtda dünya birliyi bu istiqamətdə yalnız 456 milyon dollar xərcləyib", - deyə Ərdoğan sammitin açılışında bildirib.

O əlavə edib ki, cari beynəlxalq yardım sistemi  operativ həll tələb edən problemləri aradan qaldıra bilmir: "Bu köməyin ağırlığı ayrı-ayrı ölkələrin çiyinlərinə düşür, amma hər kəs bacardığını etməlidir".

 

10:28 / Dünya liderləri işgüzar sammitdə

Türkiyədə Birinci Dünya Humanitar Sammiti öz işinə başlayıb. ANS PRESS-in məlumatına görə, ev sahibi ölkənin rəhbəri Rəcəb Tayyib Ərdoğanzirvənin keçirildiyi İstanbul Konqres Mərkəzinə gəlib.

Sammitdə 60-a yaxın ölkə və hökumət rəsmisi iştirak edir. 

Ərdoğan zirvənin proqramına uyğun olaraq iştirakçılarla səhər yeməyində görüşüb. Toplantı mətbuata qapalı keçiriləcək. İştirakçılar ailə şəkli çəkdirəcəklər.

Sammit Ərdoğanın çıxışı ilə başlayacaq.

 
Angela Merkel Humanitar sammit çərçivəsində keçirilən səhər yeməyində
Angela Merkel Humanitar sammit çərçivəsində keçirilən səhər yeməyində

09:23 / İstanbulda Beynəlxalq sammit başlayır

Bu gün Türkiyədə Birinci Dünya Humanitar Sammiti öz işinə başlayacaq. Sammit İstanbul şəhərində baş tutacaq. Sammit böhranların qarşısını almaqda hazırlığın təmin edilməsində dönüş mərhələsi olacaq, eyni zamanda böhranlara və beynəlxalq birliyin insan iztirablarına son qoyulmasına yanaşma tərzini dəyişəcək.

İlham Əliyev Türkiyəyə gedib

Sammitdə iştirak etmək üçün dünya liderləri ötən gündən başlayaraq İstanbula toplaşmağa başlayıblar. İki gün davam edəcək tərbirdə BMT-nin baş katibi Pan Gi Munla yanaşı, bir çox dünya liderinin də iştirakı nəzərdə tutulub. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Dünya Humanitar Sammitində iştirak etmək üçün mayın 22-də Türkiyə Respublikasına işgüzar səfərə gediblər. İstanbulun Atatürk Beynəlxalq hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva İstanbulun Atatürk Beynəlxalq hava limanında
Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva İstanbulun Atatürk Beynəlxalq hava limanında

Sammitdə “Təhsil gözləmir” Fondunun yaradılması rəsmən elan ediləcək. BMT-nin xəbərlər mərkəzinin məlumatına görə, bu tədbir döyüş əməliyyatlarının, erkən nikahların, icbari əmək və insan alverinin qurbanı olan “itirilmiş” uşaq nəslini xilas etmək üçün yeganə şansdır.

Dünya böhran həddinə çatıb. İkinci Dünya müharibəsindən bəri iztirabların bu cür miqyası görülməyib. Ona görə də Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun bu qurumun fəaliyyət göstərdiyi 70 il ərzində ilk dəfə humanitar məsələlər üzrə Dünya Sammitini (İstanbul, 23-24 may, 2016-cı il) çağırır.

Saytda Axtarış

ახალი ამბები