Dalga Televiziyasi “SOCAR Turkey Enerji AS” ilə “Rosneft” saziş imzaladı
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3728
DünənDünən4631
Bu həftəBu həftə29425
Bu ayBu ay29425
Bu günə qədərBu günə qədər8772711

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


“SOCAR Turkey Enerji AS” ilə “Rosneft” saziş imzaladı

“SOCAR Turkey Enerji AS” ilə “Rosneft” şirkəti İstanbulda keçirilən Ümumdünya Energetika Konqresi çərçivəsində neft və neft məhsulları təchizatının əsas şərtləri haqqında saziş imzalayıb.

Sənədə əsasən, tərəflər tikintisi “SOCAR Turkey Enerji” tərəfindən həyata keçirilən və təxminən 10 milyon ton gücə malik yeni “STAR” neft emalı zavodu çərçivəsində əməkdaşlığın potensialını öyrənəcək. Şirkətlər “Rosneft” məhsullarının, o cümlədən neft və digər xammalın bu müəssisəyə tədarükünün təşkili imkanını nəzərdən keçirəcək. Məhsulun nomenklaturası, eləcə də təchizatın həcmi və müddəti tərəflərin ortamüddətli perspektivdə imzalayacağı hüquqi öhdəlik sənədləri çərçivəsində müəyyən olunacaq.
“Rosneft”də hesab edirlər ki, “SOCAR Turkey Enerji” ilə potensial tərəfdaşlıq şirkətin beynəlxalq əməliyyatlarından əlavə sinergetik səmərə əldə etməyə imkan verəcək.

Saytda Axtarış

ახალი ამბები