Dalga Televiziyasi Gürcüstanda deputatlığa namizədlər narkoloji testdən keçəcəklər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1697
DünənDünən5185
Bu həftəBu həftə1697
Bu ayBu ay49386
Bu günə qədərBu günə qədər8411017

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda deputatlığa namizədlər narkoloji testdən keçəcəklər

Gürcüstanda deputatlığa namizədlər narkoloji yoxlanış testindən keçəcəklər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) internet saytında dərc olunmuş məlumatda bildirilir.

MSK qeyd edib ki, deputatların narkoloji testdən keçirən və nəticələrini MSK-ya təqdim edən klinikaların əvvəlcədən seçki komissiyası tərəfindən verilən müəyyən icazəsi olmalıdır: “Əgər namizəd narkoloji test yoxlanışından keçməsə və bu yoxlanışdan imtina etsə, onun deputat səlahiyyətləri tanınmayacaq. Həqiqi narkoloji yoxlanış hələ seçilməyən mojaritar namizədlərə də aiddir. Onlar seçkilərdən 7 gün sonra yoxlanış prosedurunu keçməlidirlər. Beləliklə, hazırkı mərhələdə “Gürcü Arzusu”ndan   67, “Vahid Milli Hərəkat” partiyasından 27 və “Gürcüstan Vətənpərvərlər İttifaqı”ndan 6  namizəddən narkoloji yoxlanışından keçmək tələb olunacaq”, - deyə MSK-dan bildirilib.

Xatırladaq ki, Gürcüstan parlamentinə 150 deputat seçiləcək. MSK-nın ilkin məlumatına görə, proporsional siyahı üzrə parlamentə keçən 77 deputatlığa namizəd və 20 mojaritar deputat narkoloji test yoxlanışından keçəcək.   

Saytda Axtarış

ახალი ამბები