Dalga Televiziyasi Kaxa Kaladze: “Şahdəniz-2” Gürcüstan üçün əhəmiyyətli layihədir”
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3829
DünənDünən6004
Bu həftəBu həftə34772
Bu ayBu ay40560
Bu günə qədərBu günə qədər8402191

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Kaxa Kaladze: “Şahdəniz-2” Gürcüstan üçün əhəmiyyətli layihədir”

“Biz Azərbaycanla keçən il Gürcüstana təbii qazın verilməsi  ilə bağlı müqavilə imzalamışıq. Müqavilədə Gürcüstana verilən təbii qazın çatışmayan əlavə hissəsinin “Şahdəniz 2” layihəsi vasitəsi ilə ötürüləcəyini də qeyd etmişik. “Şahdəniz 2” layihəsi Gürcüstan üçün əhəmiyyətli layihədir”

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib.

Nazir Gürcüstanda qaz anbarının tikintisi barədə də jurnalistlərə məlumat verib: “Anbarın tikintisi 2017-ci ildə başlanacaq və təxminən 2019-2020-ci illərdə başa çatacaq.”

Kaxa Kaladze qaz anbarı layihəsinin tikintisi ilə bir çox beynəlxalq şirkətlərin maraqlandığını və tezliklə tender elan olunacağını bildirib: “Bu layihənin tikintisində SOCAR-da iştirak etmək istəyir, lakin hələlik bu barədə ətraflı məlumatımız yoxdur.”

Saytda Axtarış

ახალი ამბები