Dalga Televiziyasi Gürcüstan Azərbaycan ilə iqtisadi sahədə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün5685
DünənDünən6004
Bu həftəBu həftə36628
Bu ayBu ay42416
Bu günə qədərBu günə qədər8404047

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan Azərbaycan ilə iqtisadi sahədə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir

alt

Azərbaycan ilə Gürcüstan arasında iqtisadi sahədə əməkdaşlıq, qarşılıqlı sərmayə qoyuluşu, irimiqyaslı layihələrdə birgə iştirak ölkələrimizin, xalqlarımızın və bütövlükdə regionun inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Gürcüstan strateji tərəfdaşı olan Azərbaycan ilə əlaqələrin bütün sahələr üzrə inkişafına xüsusi əhəmiyyət verir. Bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Qaxariya Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovla görüşündə deyib.

Nazir ölkəsindəki investisiya mühiti, sahibkarlar üçün yaradılan şərait, azad ticarət zonaları, yeni sənaye obyektləri, xarici ölkələrlə ticarət dövriyyəsi, yeni iqtisadi layihələr və bu layihələrdə birgə iştirak imkanlarından danışıb. Azərbaycanda sənayenin inkişafı istiqamətində həyata keçirilən uğurlu siyasətin ölkəsində böyük maraq doğurduğunu vurğulayıb, ölkəmizin müvafiq təcrübəsindən yararlanmağın Gürcüstan üçün əhəmiyyətini qeyd edib, bu sahədə təcrübə mübadiləsinin zəruriliyini vurğulayıb. Ölkələrimiz arasında ticarət dövriyyəsində azalmanın müşahidə olunduğunu qeyd edən nazir, bu yöndə müvafiq işlərin görülməsinin zəruri olduğunu qeyd edib.

Dursun Həsənov strateji tərəfdaş və dost ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması və iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün konkret sahələr üzrə müvafiq işçi qruplarının yaradılmasını təklif edib. Bildirib ki, Azərbaycan Gürcüstan iqtisadiyyatına sərmayə yatırımlarında 37 faizlik payı ilə birinci yerdədir. Azərbaycan, bu rəqəmin artmasında maraqlıdır. Səfir, eyni zamanda, Azərbaycan-Gürcüstan-Türkiyə formatında görüşlərin, görülmüş işlərin artıq böyük müsbət nəticələr verdiyini, bu istiqamətdə də əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

Sonra görüşdə, hökumətlərarası komissiyanın iclaslarının təşkili, kənd təsərrüfatı, xüsusən də, ət və süd məhsullarının dünya bazarlarında birgə satış imkanları, birgə müəssisələrin yaradılması, turizm əlaqələrinin inkişafı, bununla əlaqədar olaraq Avropa ölkələrində birgə sərgilərin keçirilməsi, yeni sənaye məhsullarının istehsalında Azərbaycan və Gürcüstan sahibkarlarının iştirakı, Cənub- Şimal nəqliyyat dəhlizində Gürcüstanın da iştirakı və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Saytda Axtarış

ახალი ამბები