Dalga Televiziyasi SOCAR-da dövlət təltiflərinə layiq görülmüş neftçilərə orden və medallar təqdim edilib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün278
DünənDünən5773
Bu həftəBu həftə36994
Bu ayBu ay42782
Bu günə qədərBu günə qədər8404413

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


SOCAR-da dövlət təltiflərinə layiq görülmüş neftçilərə orden və medallar təqdim edilib

SOCAR-da dövlət təltiflərinə layiq görülmüş neftçilərə orden və medallar təqdim olunub.

SOCAR-ın mətbuat xidmətindən Dalga tv-yə bildirilib ki, Prezident İlham Əliyevin 2016-cı il 20 sentyabr - Neftçilər günü ərəfəsində imzaladığı sərəncamlara əsasən, təltif edilmiş neftçilərə yüksək dövlət mükafatları təqdim edilib.

Əvvəlcə tədbir iştirakçıları ötən ilin sonlarında baş vermiş qəzada həlak olmuş neftçilərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Mərasimdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev neftçi əməyinə həmişə yüksək dəyər verən, neft-qaz sənayesinin inkişafını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevə çoxminli Azərbaycan neftçiləri adından dərin minnətdarlığını bildirib.

R.Abdullayev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan qalibiyyətli enerji strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyini bildirib, qlobal əhəmiyyətli “Şahdəniz-2”, “Cənub Qaz Dəhlizi” layihələri üzrə irəliləyişlərdən danışıb. O, SOCAR-ın ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələrdən, neft və qaz əməliyyatlarından bəhs edib, Azərbaycan neftçilərinin bundan sonra da qarşılarına qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəklərinə əminliyini bildirib. Hazırda icra olunan investisiya layihələrinin yaxın gələcəkdə Azərbaycan iqtisadiyyatının inkişafına mühüm töhfələr verəcəyini vurğulayan SOCAR-ın prezidenti, şirkətin ekoloji layihələrindən söz açıb, neftçiləri Novruz bayramı münasibətilə təbrik edib.

Sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları oxunub, “Şöhrət” ordeni, “Tərəqqi” medalı ilə təltif olunmuş və “Əməkdar mühəndis” fəxri adına layiq görülmüş neftçilərə ali dövlət mükafatları təqdim edilib.

Təltif olunanlar layiq görüldükləri dövlət mükafatlarını bütün Azərbaycan neftçilərinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirdiklərini söyləyib, Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib, onlara göstərilən etimadı bundan sonra da doğruldacaqlarını qeyd ediblər.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev qarşıda duran vəzifələrdən danışıb, tədbirdə iştirak edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrellin yeni vəzifəyə təyin olunduğunu bildirərək, səmərəli əməkdaşlıq üçün ona təşəkkür edib, bu vəzifəyə təyinat almış Qəri Counzu tədbir iştirakçılarına təqdim edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Azərbaycan neftçilərinin şərəfli ənənələrinə sadiq qalaraq 2017-ci ilin əvvəlindən müsbət göstəricilər qazandıqlarını nəzərə çatdıran R.Abdullayev onları bir daha Novruz bayramı münasibətilə təbrik edib.

Saytda Axtarış

ახალი ამბები