Dalga Televiziyasi Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyasına dair məsləhətləşmələr olub
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3678
DünənDünən5773
Bu həftəBu həftə40394
Bu ayBu ay46182
Bu günə qədərBu günə qədər8407813

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyasına dair məsləhətləşmələr olub

Bu gün Bakıda Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Gürcüstan xarici işlər nazirinin müavini David Dondua arasında iki ölkənin dövlət sərhədinin delimitasiyası məsələləri üzrə məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə həmçinin hər iki ölkənin xarici işlər nazirliklərinin nümayəndələri və Azərbaycan Respublikasının əlaqədar dövlət orqanlarının ekspertləri iştirak ediblər.

Dövlət sərhəd xəttinin keçməsi ilə əlaqədar məsələlərə baxılıb və Komissiya çərçivəsində gələcəkdə müəyyən sənədlərin işlənib-hazırlanması məqsədilə fikir mübadiləsi aparılıb.

Keçirilmiş məsləhətləşmələrin nəticəsi olaraq sərhəd xəttinin razılaşdırılmamış sahələri üzrə müzakirələrin davam etdirilməsi və Komissiyanın növbəti iclasının Tbilisi şəhərində keçirilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi barədə razılığa gəlinib.

Görüşün vaxtı diplomatik kanallar vasitəsilə müəyyən ediləcək.

Saytda Axtarış

ახალი ამბები