Dalga Televiziyasi Azərbaycan dünyanın ən güclü ordularının reytinqində
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4996
DünənDünən5773
Bu həftəBu həftə41712
Bu ayBu ay47500
Bu günə qədərBu günə qədər8409131

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycan dünyanın ən güclü ordularının reytinqində

Azərbaycan Silahlı Qüvvələri “dünyanın ən güclü ordusu” reytinqində 59-cu yeri tutub.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, qonşu Gürcüstan reytinqdə 80-cı, Ermənistan isə 95-ci pillədə qərarlaşıb.

İlk onluq belədir: ABŞ, Rusiya, Çin, Hindistan, Fransa, Böyük Britaniya, Yaponiya, Türkiyə, Almaniya və İtaliya.

Son yerlərdə Namibiya, Somali və Mərkəzi Afrika Respublikasının Silahlı Qüvvələri qərarlaşıb.

Global Firepower Index reytinqi dünyada ən məşhur və nüfuzlu reytinq hesab edilir. GFP məlumat bazasının məqsədi dünya silahlı qüvvələri haqqında informasiya toplamaq, təhlil etmək və çıxarışlar etməkdir.

Dövlətlərin hərbi qüvvələrini müqayisə etmək üçün Global Firepower Index-in müəllifləri mürəkkəb qiymətləndirmə metodikasından istifadə edirlər, burada 50-dən artıq müxtəlif amillər nəzərə alınır.  

Saytda Axtarış

ახალი ამბები