Dalga Televiziyasi Nazir: "Ermənistanı da Foruma dəvət etmişdik"
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün233
DünənDünən4783
Bu həftəBu həftə5016
Bu ayBu ay52705
Bu günə qədərBu günə qədər8414336

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Nazir: "Ermənistanı da Foruma dəvət etmişdik"

"Dağlıq Qarabağ münaqişəsi bütün Forum iştirakçılarına yaxşı məlumdur. Biz beynəlxalq təşkilatlar vasitəsilə Ermənistanı da bu Foruma dəvət etmişdik. Təəssüf ki, Ermənistan hələ belə müzakirələrə hazır deyil".

APA-nın məlumatına görə, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilən mətbuat konfransında deyib. O bildirib ki, problemlərin həllində mədəniyyətlərarası dialoq mühüm rol oynaya bilər: "Azərbaycan belə dialoqa hazırdır. İstərdik ki, dünyada problemlər qarşılıqlı anlaşma, sülh yolu ilə həll olunsun. Ancaq hansısa dövlət BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət etmirsə, bu, müəyyən qədər həmin dialoqa hazır olmamasından xəbər verir. Forumda mədəniyyətlərarası dialoqun bu istiqamətdə rolu barədə ciddi müzakirələr aparılacaq".

Saytda Axtarış

ახალი ამბები