Dalga Televiziyasi Tiflisdə “Şuşasız 25 il: Azərbaycan və Gürcüstanın işğal olunmuş əraziləri” mövzusunda tədbir keçirilib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4780
DünənDünən5773
Bu həftəBu həftə41496
Bu ayBu ay47284
Bu günə qədərBu günə qədər8408915

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Tiflisdə “Şuşasız 25 il: Azərbaycan və Gürcüstanın işğal olunmuş əraziləri” mövzusunda tədbir keçirilib

Tiflisdə “Şuşasız 25 il: Azərbaycan və Gürcüstanın işğal olunmuş əraziləri” mövzusunda tədbir keçirilib.  

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə bildirilib ki, 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kv.km ərazisi işğal olunub. 
 

Tədbirə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, Gürcüstanın müxtəlif ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr, İ. Cavaxişvili adına Tiflis Dövlət Universiteti nəzdində fəaliyyət göstərən “Azərbaycanın Dostları Klubu”nun və “Borçalı” Gənclər Təşkilatının üzvləri, Tiflisdə fəaliyyət göstərən 64 nömrəli məktəbin azərbaycanlı və gürcü şagirdləri, ziyalılar və ictimaiyyət nümayəndələri qatılıb.
 

M.F. Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində keçirilən tədbirdə Şuşa şəhərinin işğalı zamanı və aprel döyüşlərində həlak olan şəhidlərin, həmçinin Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda həlak olan və yaddaşlardan silinməyən qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 

Tədbirdə çıxış edən gənclər Dağlıq Qarabağda ermənilərin törətdiyi vəhşiliklərdən, Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaşın qətlə yetirilməsindən, 600 azərbaycanlının yaralanmasından və 22 min nəfərin öz doğma yurd-yuvalarından didərgin düşməsindən danışıblar. Gənclər qeyd ediblər ki, Şuşanın işğalından 25 il keçsə də, əsir götürülmüş 68 nəfərin taleyi haqqında xəbər yoxdur və dünya ictimaiyyəti bu işğala biganə yanaşır.
 

Tədbirdə həmçinin Dağlıq Qarabağda azərbaycanlılara məxsus tarixi, dini və mədəni abidələrin, məscidlərin söküldüyü və dağıdıldığı bildirilib. 

Saytda Axtarış

ახალი ამბები