Dalga Televiziyasi Azərbaycanın Gürcüstandakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.-VİDEO
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4059
DünənDünən5773
Bu həftəBu həftə40775
Bu ayBu ay46563
Bu günə qədərBu günə qədər8408194

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycanın Gürcüstandakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.-VİDEO


alt

                                        

Azərbaycanın Gürcüstandakı səfirliyində ümummilli liderHeydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.  Tədbirdə Azərbaycan Televiziya və Radio verlişləri QSC-nin Gürcüstan təmsilçisi, Azərbaycan və Gürcüstan jurnalistlər birliyinin üzvü, Gürcüstanın əməkdar jurnalisti, Gürcüstanın “Şərəf” və “Şöhrət” ordenli jurnalisti Şahismayıl Şəmmədoğlunun II nəşr Azərbaycan və gürcü dilində işıq üzü görən “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı olub. Bu barədə daha ətraflı Gürcüstan təmsilçimiz Şahismayıl Şəmmədoğlunun videomaterialında

Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü bağlıGürcüstanın paytaxtı Tbilisi şəhərində tədbir keçirilib. Tədbirdə Azərbaycan Televiziya və Radio verlişləri QSC-nin Gürcüstan təmsilçisi, Gürcüstanın əməkdar jurnalisti, Şahismayıl Şəmmədoğlunun II nəşr Azərbaycan və gürcü dilində işıq üzü görən “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimatı olub. Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, azərbaycanlı iş adamları, Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri ümummilli liderin paytaxt Tbilisi şəhərində və Rustavi şəhərində yerləşən abidəsi önünə əklillər düzüblər.

Tədbir iştirakçıları əvvəlcə səfirliyin foyesində ulu öndərin həyat və fəaliyyətindən bəhs edən fotosərgiyə  və kitablara baxıblar.

Tədbiri Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov açaraq, ulu öndər Heydər Əliyevin ad gününün həmişə olduğu kimi bu il də Gürcüstanda böyük ehtiramla qeyd olunduğunu bildirib.O, ulu öndərin həyat və fəaliyyəti barədə ətraflı məlumat verərək bildirib ki, müasir Azərbaycan dövlətinin inkişafı məhz Heydər Əliyevin adı ilə bağlıdır: "İstər sovetlər dövründə, istərsə də SSRİ-nin süqutundan sonra ulu öndərimiz Azərbaycanın inkişafı, beynəlxalq əlaqələrinin möhkəmlənməsi, dünya birliyində öz layiqli yerini tutması istiqamətində mühüm işlər görüb. Bu gün regionda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzrum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Böyük İpək yolu layihələrinin də müəllifi Heydər Əliyevdir".

Səfir bu günlərdə işıq üzü görmüş Şahismayıl Şəmmədoğlunun “Heydər Əliyev və Gürcüstan” kitabı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

         Sonra tədbirdə Gürcüstan parlamentinin sədr müavini Zviad Dzidziquri, deputat Ruslan Hacıyev, Kvemo-Kartli bölgəsinin qubernatorunun birinci müavini Kaxaber Quqebaşvili, Gürcüstan-Qafqaz Strateji Tədqiqatlar İnstitutunun prorektoru Simon Kopadze, “Gürcüstan” qəzetinin baş redaktoru İslam Əliyev və başqaları çıxış edərək Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, onun necə müdrik siyasi və dövlət xadimi olduğunu qeyd edib, Gürcüstan ilə bağlı həyata keçirdiyi tədbirlərdən və bu ölkədən keçən beynəlxalq layihələrin əhəmiyyətindən danışıblar. Bildirilib ki, ulu öndərin müəllifi olduğu layihələr gələcək nəsilin daha sağlam, qayğı və problemsiz, sülh şəraitində yaşamaları üçün möhkəm zəmin yaradıb.

 Çıxış edənlər “Heydər Əliyev və Gürcüstan” kitabının vaxtında yazıldığını və ulu öndər Heydər Əliyev üçün hələ belə  kitabların Gürcüstanda gürcü dilində çox yazılacağını vurğulayıblar.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ümummilli liderin Azərbaycan dövlətinin müstəqil xarici siyasətinin formalaşmasındakı və inkişafındakı xidmətlərini qeyd edib.  O, bu kitabın işıq üzü görməsinə  görə müəllif Şahismayıl Şəmmədoğluya təşəkkür edib və kitabın həm Azərbaycan həm gürcü ictimaiyyəti tərəfindən sevilərək oxunacağını vurğulayıb. Çıxışlarda, həmçinin, Prezidentİlham Əliyevin ulu öndərin siyasi kursunu ləyaqətlə davam etdirdiyi xüsusi qeyd olunub və bunun nəticəsində Azərbaycan-Gürcüstan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Tədbirdə Türkiyənin Gürcüstandakı səfiri Zəki Ləvənt Gümrükçü də iştirak edib.

Tədbirin sonunda kitabın müəllifi əməkdar jurnalist Şahismayıl Şəmmədoğlu çıxış edərək, vurğulayıb ki, Azərbaycan Respublikasının xarici siyasətinin tərkib hissəsi kimi, onun  qonşularla, həmin sırada Gürcüstanla münasibətləri diqqəti xüsusi cəlb edir. Ümummilli liderimizin məqsədyönlü xarici siyasətin sayəsində Azərbaycan – Gürcüstan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. O, bu xoş sözlərə görə çıxış edənlərə və tədbir iştirakçılarına  təşəkkür edib.

Tədbirin sonunda Azərbaycan televiziyasının Ümummilli liderimizə həsr olunmuş filmi nümayiş olunub.

VİDEO BURADA

                                       

Saytda Axtarış

ახალი ამბები