Dalga Televiziyasi Gürcüstandan yola düşən ilk konteyner qatarı Azərbaycana çatıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2024
DünənDünən5773
Bu həftəBu həftə38740
Bu ayBu ay44528
Bu günə qədərBu günə qədər8406159

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstandan yola düşən ilk konteyner qatarı Azərbaycana çatıb

Son vaxtlar Azərbaycan və Gürcüstan dəmir yolları arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün mühüm addımlar atılır. İki ölkə arasında dəmir yoluna əlavə yük axınının cəlb edilməsi prosesi davam edir.

"APA-Economics" xəbər verir ki, Gürcüstandan yola düşən ilk konteyner qatarı bu gün Keşlə dəmir yolu stansiyasına çatıb. Qatar 26 konteynerdən ibarətdir.

Aparılan çevik tarif siyasəti nəticəsində ilkin hesablamalara görə, Azərbaycanla Gürcüstan arasında il ərzində 40 minə yaxın konteynerin daşınması mümkün olacaq. Bu da əlavə 1 mln. ton yükün daşınması deməkdir.

Xatırladaq ki, Azərbaycan və Gürcüstan dəmir yolu rəhbərləri arasında, dəmir yoluna konteyner daşımalarının  daha çox cəlb edilməsi barədə müvafiq sənəd imzalanıb. Həmin sənədə əsasən, Gürcüstanla Azərbaycan arasında dəmir yolu ilə konteyner daşımalarına rəqabətə  davamlı, eləcə də 50%-ə qədər güzəştli tariflər tətbiq olunub və bu tariflər iyunun 1-dən yük daşımalara tətbiq edilir. Konteyner daşımalarının həyata keçirilməsi üçün Azərbaycan və Gürcüstan tərəfi konteyner qatarı hazırlayıb. Bu qatarların hərəkəti üçün xüsusi cədvəl tərtib olunub və hərəkət sürəti digər yük qatarlarının hərəkət sürəti ilə müqayisədə 2 dəfə yüksəkdir. Belə ki, bu qatarlar Poti və Bakı arasında 900 km-ə yaxın məsafəni 30 saata qət edirlər.

Konteyner qatarları, tələbata uyğun olaraq, həftədə bir neçə dəfə olmaqla fəaliyyət göstərəcək. Yükgöndərənlərin sifarişi əsasında, Gürcüstan limanlarından yüklənən konteyner qatarları Bakı, Astara, Ələt, Xırdalan, Sumqayıt və digər regionlara da göndərilə bilər.

Gürcüstan limanlarından yüklənən konteyner qatarlarının Azərbaycanda yük sahiblərinə çatdırılıb, boşaldılıb və geriyə qaytarılması ən çoxu 5 sutka ərzində həyata keçiriləcək. 

 

 

Saytda Axtarış

ახალი ამბები