Dalga Televiziyasi Azərbaycan-Gürcüstan-Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşünün vaxtı açıqlandı
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1940
DünənDünən5773
Bu həftəBu həftə38656
Bu ayBu ay44444
Bu günə qədərBu günə qədər8406075

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycan-Gürcüstan-Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşünün vaxtı açıqlandı

Bakı şəhərində, 6 sentyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze və Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlunun iştirakı ilə Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşü keçiriləcək.

Bu barədə Oxu.Az-a Azərbaycan XİN-in mətbuat xidməti tərəfindən məlumat verilib.

Xatırladaq ki, Azərbaycan-Gürcüstan-Türkiyə formatında xarici işlər nazirləri səviyyəsində birinci üçtərəfli görüş 8 iyun 2012-ci ildə Trabzonda keçirilib.

28 mart 2013-cü ildə Batumidə adıçəkilən formatda keçirilən ikinci görüşün yekunlarına əsasən, 2013-2015-ci illər üçün nəzərdə tutulmuş Üçtərəfli Sahəvi Əməkdaşlıq üzrə Fəaliyyət Planı qəbul olunub.

19 fevral 2014-cü ildə Gəncə şəhərində hər üç ölkənin xarici işlər nazirlərinin üçüncü görüşü baş tutub. Bunun ardınca həmin ilin 10 dekabr tarixində Qarsda, 19 fevral 2016-cı ildə isə Tbilisidə müvafiq olaraq dördüncü və beşinci üçtərəfli formatda görüşlər keçirilib.

Saytda Axtarış

ახალი ამბები