Dalga Televiziyasi Gürcüstan parlamenti birbaşa prezident seçkilərinin ləğvini dəstəkləyib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1215
DünənDünən5773
Bu həftəBu həftə37931
Bu ayBu ay43719
Bu günə qədərBu günə qədər8405350

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan parlamenti birbaşa prezident seçkilərinin ləğvini dəstəkləyib

Gürcüstan parlamenti 117 səslə ölkə Konstitusiyasına düzəlişləri qəbul edib.
 

APA-nın yerli bürosunun məlumatına görə, parlament sədri İrakli Kobaxidze qərarı tarixi adlandırıb.


Parlamentdə təmsil olunan müxalif “Vahid Milli Hərəkat” və “Avropalı Gürcüstan” partiyaları iclasda iştirakdan imtina ediblər. Müxalif “Vətənpərvərlər Alyansı” isə dəyişikliklərin əleyhinə səs verib.
 

Yenilənmiş Konstitusiyanın 2018-ci ilin prezident seçkilərindən sonra qüvvəyə minməsi gözlənilir.
 

Parlamentin qədul etdiyi əsas düzəlişlər parlament seçkiləri və prezidentin seçilməsi proseduru ilə bağlıdır. Qəbul olunmuş dəyişikliklərə əsasən, deputatların proporsional seçki sistemi ilə, Gürcüstan prezidentinin isə birbaşa deyil, 300 üzvü olacaq xüsusi seçki kollegiyası tərəfindən seçilməsi nəzərdə tutulur.  


Dəyişikliklər təsdiq üçün prezident Giorgi Marqvelaşviliyə təqdim olunacaq. Dövlət başçısı Konstitusiyaya nəzərdə tutulmuş bir sıra dəyişikliklərlə razı olmadığını dəfələrlə bəyan edib. Onun dəyişikliklərə veto qoymaq hüququ var.

Saytda Axtarış

ახალი ამბები