Dalga Televiziyasi Gürcüstanın hakim partiyası Kvemo Kartli bölgəsi üzrə namizədlərini təqdim edib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1160
DünənDünən5773
Bu həftəBu həftə37876
Bu ayBu ay43664
Bu günə qədərBu günə qədər8405295

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanın hakim partiyası Kvemo Kartli bölgəsi üzrə namizədlərini təqdim edib

Gürcüstanın hakim "Gürcü Arzusu" partiyası azərbaycanlıların sıx məskunlaşdığı Kvemo Kartli bölgəsi üzrə icra başçıları vəzifələrinə namizədlərini rəsmən təqdim edib.

APA-nın yerli bürosu xəbər verir ki, Rustavi şəhərində keçirilmiş tədbirdə baş nazir Giorgi Kvirikaşvili bölgədə son illər həyata keçirilmiş sosial-iqtisadi, infrastruktur layihələr, SOCAR və digər şirkətlərin həyata keçirdiyi investisiyalar barədə danışıb. Onun sözlərinə görə, Kvemo Kartli bölgəsinin böyük iqtisadi potensialı var və hazırda bir sıra layihələrin həyata keçirilməsi davam etdirilir.

O, hakim partiyanın namizədlərini bölgə sakinlərinə təqdim edərək seçiciləri qarşıdan gələn seçkilərdə fəal olmağa çağırıb. 

Hakim partiya Kvemo Kartli bölgəsində Rustavi şəhərinin meri vəzifəsinə İrakli Tabağua, Qardabani rayon icra hakimiyyəti başçısı vəzifəsinə Ramaz Budaqaşvili, Marneuli rayon icra hakimiyyəti başçısı vəzifəsinə Temur Abazov, Bolnisi rayon icra hakimiyyəti başçısı vəzifəsinə Davit Şerazadişvili, Dmanisi rayon icra hakimiyyəti başçısı vəzifəsinə Giorgi Tatuaşvili, Tsalka şəhərinin meri vəzifəsinə İlya Sabadze, Tetritskaro şəhərinin meri vəzifəsinə isə Giorgi Koridzenin namizədliyini irəli sürüb.

Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər oktyabrın 21-də keçiriləcək.

 

 
 
 
 
 

Saytda Axtarış

ახალი ამბები