Dalga Televiziyasi GUAM xarici işlər nazirlərinin Tbilisi görüşünün gündəliyi açıqlanıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2339
DünənDünən5773
Bu həftəBu həftə39055
Bu ayBu ay44843
Bu günə qədərBu günə qədər8406474

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


GUAM xarici işlər nazirlərinin Tbilisi görüşünün gündəliyi açıqlanıb

GUAM-ın yaradılmasının 20 illiyi ilə əlaqədar təşkilatın xarici işlər nazirlərinin oktyabrın 8-də Tbilisidə keçiriləcək görüşünün gündəliyi açıqlanıb.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, GUAM-a üzv ölkələrin xarici işlər nazirləri ilə yanaşı təşkilatın baş katibi Altay Əfəndiyevin başçılıq etdiyi nümayəndə heyəti də Tbilisiyə səfər edəcək. Nümayəndə heyəti Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze ilə görüşəcək.

GUAM-ın xarici işlər nazirləri görüşün sonunda birgə bəyannamə imzalayacaq və mətbuat konfransı keçirəcəklər. Nazirlər həmçinin Gürcüstan prezidenti Giorgi Marqvelaşvili və baş nazir Giorgi Kvirikaşvili ilə görüşəcəklər.

Daha sonra nazirlərin “Tbilisoba” bayramı çərçivəsində keçirilən tədbirlərdə iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, 2017-ci ildə GUAM-a Gürcüstan sədrlik edir. Gürcüstanın sədrliyinin əsas prioriteti təşkilata üzv ölkələr arasında dinamik və məhsuldar əməkdaşlığı təmin etməkdir

Saytda Axtarış

ახალი ამბები