Dalga Televiziyasi Gürcüstan Avropa İttifaqı ilə təhlükəsizlik üzrə strateji dialoqa başlayır
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3931
DünənDünən4231
Bu həftəBu həftə12090
Bu ayBu ay38893
Bu günə qədərBu günə qədər9942533

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan Avropa İttifaqı ilə təhlükəsizlik üzrə strateji dialoqa başlayır

“Gürcüstan Avropa təhlükəsizlik sisteminin ən vacib komponentlərindən biridir”.

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili hökumətin iclasında deyib. 
 

“Gürcüstan və Avropa İttifaqı arasında təhlükəsizlik məsələləri üzrə yüksək səviyyəli strateji dialoqun başlaması çox vacib nailiyyətdir. Əlbəttə bu, böyük şərəf və eyni zamanda məsuliyyətdir. Aİ ilə dialoq regionda təhlükəsizlik və sabitliyin gücləndirilməsində Gürcüstanın rolunu sübut edir”, - deyə hökumət başçısı söyləyib. 
 

G. Kvirikaşvilinin sözlərinə görə, dialoqun ən vacib hissəsi Rusiya-Gürcüstan münaqişəsi və onun sülh yolu ilə həlli məsələsi olacaq: “Həmçinin terrorizm, radikalizm, ekstremizm, mütəşəkkil cinayətkarlığa qarşı koordinasiya edilmiş mübarizə əhəmiyyətli məsələlərdəndir. Strateji dialoq formatı Aİ-nin təhlükəsizlik və müdafiə sistemi və strukturları ilə maksimum uyğunluğa nail olmağa kömək edəcək”.  
 

Qeyd edək ki, Gürcüstanla Aİ arasında təhlükəsizlik məsələlərinə dair strateji dialoqla bağlı ilk görüş bu gün Tbilisidə keçiriləcək. 

 

Saytda Axtarış

ახალი ამბები