Dalga Televiziyasi "Gürcü Arzusu"nun namizədləri arasında Ermənistan vətəndaşlarının olduğu iddia edilir
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1518
DünənDünən5773
Bu həftəBu həftə38234
Bu ayBu ay44022
Bu günə qədərBu günə qədər8405653

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


"Gürcü Arzusu"nun namizədləri arasında Ermənistan vətəndaşlarının olduğu iddia edilir

Gürcüstanın müxalif “Avropalı Gürcüstan” Partiyası hakimiyyətdəki “Gürcü Arzusu” Partiyasını seçki haqqında qanunu pozmaqda ittiham edib.

APA-nın yerli bürosunun məlumatına görə, “Avropalı Gürcüstan” Partiyasının ldierlərindən biri Giorgi Kandelaki brifinqdə deyib ki, hakim partiyanın Axalkalaki bələdiyyəsinə majoritar namizədləri arasında Ermənistan vətəndaşları var: ““Gürcü Arzusu”nun Axalkalaki bələdiyyəsi üzrə namizədləri Karapet Paloyan, Eduard Elizyan və Edik Berikyan Ermənistan vətəndaşlarıdır. Qanunvericiliyə əsasən, xarici ölkə vətəndaşları seçkiyə qatıla bilməz. Hakim partiyadan həmin namizədlərin geri çağırmağı tələb edirik”. 


G. Kandelaki adları qeyd olunan şəxslərin Ermənistan vətəndaşı pasportlarının surətlərini təqdim edib.

“Gürcü Arzusu” məsələyə hələ münasibət bildirməyib.

Saytda Axtarış

ახალი ამბები