Dalga Televiziyasi Gürcüstan prezidenti Konstitusiyaya düzəlişlər barədə qanunu imzalayıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1171
DünənDünən5773
Bu həftəBu həftə37887
Bu ayBu ay43675
Bu günə qədərBu günə qədər8405306

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan prezidenti Konstitusiyaya düzəlişlər barədə qanunu imzalayıb

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Konstitusiyaya düzəlişlər barədə parlamentin qəbul etdiyi qanunu imzalayıb.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə dövlət başçısı xüsusi brifinqdə deyib. O bildirib ki, ilk günlərdən aydın idi ki, hakim partiya özü təkbaşına Konstitusiya hazırlayır: “Konstitusiyanı imzalamaq çətin oldu, lakin biz destabilizasiyanın qarşısını almaq üçün hər şey etməliyik.”

Qeyd edək ki, Gürcüstan parlamenti oktyabrın 13-də mütləq səs çoxluğu ilə Konstitusiyaya düzəlişlər barədə qanunu qəbul edib. Yeni dəyişikliklərə əsasən Gürcüstanda parlament seçkiləri və prezidentin seçilməsi proseduru dəyişir. Deputatlar proporsional seçki sistemi ilə, prezident isə birbaşa deyil, 300 üzvü olacaq xüsusi seçki kollegiyası tərəfindən seçiləcək. Yenilənmiş Konstitusiya 2018-ci ilin prezident seçkilərindən sonra qüvvəyə minəcək. Lakin proporsional sistem növbəti seçkilərdə yox, ondan sonrakı seçkilərdə tətbiq ediləcək.

Saytda Axtarış

ახალი ამბები