Dalga Televiziyasi Gürcüstanın baş naziri Azərbaycana rəsmi səfər edəcək
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3902
DünənDünən6004
Bu həftəBu həftə34845
Bu ayBu ay40633
Bu günə qədərBu günə qədər8402264

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanın baş naziri Azərbaycana rəsmi səfər edəcək

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili yaxın günlərdə Azərbaycana rəsmi səfər edəcək.


APA-nın yerli bürosunun Gürcüstanın hökumət administrasiyasının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu barədə G. Kvirikaşvili və Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev arasında keçirilmiş görüşdə bildirilib.


Görüşdə Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq, birgə regional layihələr və iqtisadi əməkdaşlıq məsələləri ilə bağlı müzakirə aparılıb. G.Kvirikaşvili deyib ki, Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlığı və müxtəlif sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsi böyük əhəmiyyət kəsb edir.
 
Tərəflər iki ölkə arasında ticarət dövriyyəsinin ilbəil artmasını müsbət qiymətləndiriblər.

Görüşdə turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və Azərbaycandan Gürcüstana səfər edənlərinin sayının artdığı da qeyd olunub.

Saytda Axtarış

ახალი ამბები