Dalga Televiziyasi Sabah Gürcüstan baş naziri Azərbaycana rəsmi səfər edəcək
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2844
DünənDünən6004
Bu həftəBu həftə33787
Bu ayBu ay39575
Bu günə qədərBu günə qədər8401206

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Sabah Gürcüstan baş naziri Azərbaycana rəsmi səfər edəcək

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili martın 12-də Azərbaycana rəsmi səfər edəcək.

APA-nın yerli bürosu Gürcüstan hökumətinin administrasiyasına istinadən xəbər verir ki, səfər çərçivəsində G.Kvirikaşvilinin Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüşü keçiriləcək.

Gürcüstanın hökumət başçısı azərbaycanlı həmkarı Artur Rəsizadə ilə də görüşəcək. Daha sonra iki ölkənin hökumət üzvləri arasında görüş baş tutacaq.

 

G.Kvirikaşvilinin başçılıq etdiyi nümayəndə heyətinə baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili, xarici işlər naziri Mixeil Canelidze, maliyyə naziri Mamuka Baxtadze, Gürcüstan Parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri, baş nazirin xarici əlaqələr üzrə müşaviri Tedo Caparidze daxil olacaq.

Saytda Axtarış

ახალი ამბები