Dalga Televiziyasi Məmmədyarov Gürcüstanın yeni səfiri ilə görüşüb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1695
DünənDünən2986
Bu həftəBu həftə22677
Bu ayBu ay79468
Bu günə qədərBu günə qədər8568360

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Məmmədyarov Gürcüstanın yeni səfiri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova  təqdim edən səfir Zurab Pataradze Azərbaycana təyin olunmasından məmnun olduğunu və fəaliyyəti dövründə iki ölkə arasında ənənəvi dostluq münasibətlərinin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Nazir Elmar Məmmədyarov səfir Zurab Pataradzeyə diplomatik fəaliyyətində uğurlar arzu edib.

Görüşdə, həmçinin Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın gələcək inkişaf perspektivləri, regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri haqqında fikir mübadiləsi aparılıb.

Saytda Axtarış

ახალი ამბები