Dalga Televiziyasi Gürcüstanın turizmdən gəliri açıqlanıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2137
DünənDünən6204
Bu həftəBu həftə8341
Bu ayBu ay14129
Bu günə qədərBu günə qədər8375760

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanın turizmdən gəliri açıqlanıb

alt

Bu ilin iyul-sentyabr aylarında əcnəbi ziyarətçilər Gürcüstanda ümumilikdə 1,2 mlrd. dollar (3,1 mlrd. lari) xərcləyiblər. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 36,5% artım deməkdir.

Bir səfər üçün çəkilən orta xərc 435 dollar olub.

Gürcüstan turizmində payı olanların sırasında əsas, ruslar, azərbaycanlılar və ermənilərdir.

Bu il ölkəmizə ən çox üz tutan turist axını isə Rusiyadan baş verib: 582,7 min nəfər, Azərbaycandan 494,5 min nəfər, Ermənistandan isə 439,8 min nəfər.

Ümumilikdə, yay turizm mövsümündə Gürcüstana 2,6 milyon əcnəbi gəlib. Bu göstərici illik müqayisədə 9,2% çoxdur.

Ölkəmizə səfər edənlərin 45%-i 31-50 yaşlarında olub və onların 50,8% Gürcüstana sırf istirahət üçün gəldiklərini bildiriblər. 16,7%-i digər ölkəyə tranzit, 15,7%-i dost və ya qohuma baş çəkmək, 7,7%-i biznes, 4,5%-i alış-veriş, 2,2%-i müalicə və 2,4%-i digər məqsədlə baş çəkib.

Saytda Axtarış

ახალი ამბები