Dalga Televiziyasi Təbrizdə bir azərbaycanlı edam edilib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün588
DünənDünən6004
Bu həftəBu həftə31531
Bu ayBu ay37319
Bu günə qədərBu günə qədər8398950

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Təbrizdə bir azərbaycanlı edam edilib

altİranın Şərqi Azərbaycan vilayətində bir nəfər edam edilib. APA-nın HRAZ-a istinadən verdiyi məlumata görə, Abdullah Əcəmlu qətldə günahlandırılaraq dara çəkilib.

Təbriz şəhərinin yaxınlığındakı Seyidabad qəsəbəsindən olan məhbus 19 yaşında olarkən bir kütləvi dava zamanı həbs edilib və həmyerlisini qətlə yetirməkdə ittiham olunaraq edam cəzasına məhkum edilib.

Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra yanvarın 7-də səhər saatlarında Təbriz şəhərinin mərkəzi həbsxanasında icra olunub. A.Əcəmlu 11 il həbs cəzası çəkdikdən sonra 30 yaşında asılıb. Ancaq valideynləri onun qatil olmadığını və qətli başqasının törətdiyini bildirirlər. Onlar həmçinin qətlin A.Əcəmlunun boynuna qoyulduğunu və övladlarının da işgəncələr altında bunu etiraf etmək məcburiyyətində qaldığını söyləyiblər.

Saytda Axtarış

ახალი ამბები