Dalga Televiziyasi Prezident İlham Əliyev Əhməd Davudoğlunu təbrik edib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3979
DünənDünən6004
Bu həftəBu həftə34922
Bu ayBu ay40710
Bu günə qədərBu günə qədər8402341

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Prezident İlham Əliyev Əhməd Davudoğlunu təbrik edib

მომხმარებლის შეფასება: / 0
ცუდისაუკეთესო 

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının baş naziri Əhməd Davudoğluya təbrik məktubu ünvanlayıb.

“Dalğa TV”nin xəbərinə görə, təbrik mətnində deyilir:
“Rəhbərlik etdiyiniz Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisinə seçkilərdə qazandığı inamlı qələbə münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.
Seçkilərin nəticələri Türkiyə cəmiyyətinin sabitliyə, əmin-amanlığa və inkişafa dəstəyinin və milli iradəsinin parlaq təzahürüdür.
Əminəm ki, zamanın sınaqlarından çıxmış strateji tərəfdaşlıq əlaqələrimiz və müstəsna xarakter daşıyan münasibətlərimiz xalqlarımızın rifahı və ölkələrimizin maraqlarına uyğun olaraq bundan sonra daha da genişlənəcək və möhkəmlənəcək.
Zəfər sevincinizi Sizinlə bölüşür, Sizə, Ədalət və İnkişaf Partiyasının bütün üzvlərinə uğurlar diləyirəm”.

Saytda Axtarış

ახალი ამბები