Dalga Televiziyasi Tovuzda iki qardaş dalaşıb, biri xəsarət alıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün678
DünənDünən5185
Bu həftəBu həftə678
Bu ayBu ay48367
Bu günə qədərBu günə qədər8409998

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Tovuzda iki qardaş dalaşıb, biri xəsarət alıb

alt

Tovuzda torpaq üstündə  dalaşan iki qardaşdan biri xəsarət alıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Qaraxanlı kənd sakini, 1951-ci il təvəllüdlü Hüseynov Həsən Ədil oğlu sağ qolun iti alətlə kəsilməsi diaqnozu və sol qolun xəsarəti ilə Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyətini normal olduğu bildirilir. H. Hüseynovun həyat yoldaşı, 1961-ci il təvəllüdlü Hüseynova Hekayət isə şok diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, H.Hüseynov qardaşı ilə torpaq üstündə dalaşıb və özü özünə xəsarət yetirib. Hekayət Hüseynova isə dava zamanı qorxudan şoka düşüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

 

Saytda Axtarış

ახალი ამბები