Dalga Televiziyasi O mikroavtobus qanunsuz işləyirmiş - Yeni nazirlikdən açıqlama
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün516
DünənDünən5185
Bu həftəBu həftə516
Bu ayBu ay48205
Bu günə qədərBu günə qədər8409836

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


O mikroavtobus qanunsuz işləyirmiş - Yeni nazirlikdən açıqlama

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bugünkü dəhşətli qəza ilə bağlı açıqlama yayıb.

"Dalga tv"yə daxil olan məlumatda bildirilir ki, marşrutu üzrə sərnişindaşıma həyata keçirən "50 BL 132" dövlət nömrə nişanlı "Ford Tranzit" markalı mikroavtobus qeyri-qanuni fəaliyyət göstərib. Fəciəyə səbəb olan mikroavtobusa Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən fərqlənmə nişanı verilməyib. Eyni zamanda, nəqliyyat vasitəsi Bakı-Sumqayıt marşrutu üzrə sərnişindaşıma xidməti göstərmək üçün tələb olunan müvafiq icazə sənədini də almayıb.

Qeyd edək ki, şəhərlərarası sərnişindaşıma ilə məşğul olan bütün avtobuslar Bakı Beynəlxalq Avtovağzalından hərəkət etməlidir. Qəza törədən mikroavtobus isə qeyri-qanuni olaraq Memar Əcəmi metrostansiyası yaxınlığından sərnişindaşıma xidməti göstərib.

Saytda Axtarış

ახალი ამბები