Dalga Televiziyasi Lənkəranda evə basqın nəticəsində yaralanan həkim ölüb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün200
DünənDünən5185
Bu həftəBu həftə200
Bu ayBu ay47889
Bu günə qədərBu günə qədər8409520

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Lənkəranda evə basqın nəticəsində yaralanan həkim ölüb

Lənkəranda Xolmili kəndində evinə basqın zamanı ağır xəsarət alan kənd ambulatoriyasının baş həkimi dünyasını dəyişib.

 APA-nın  cənub bürosunun verdiyi məlumata görə, ötən həftə 67 yaşlı Xolmili kənd sakini Səfərov Vahab Xalıq oğlu evində naməlum şəxs və ya şəxslərin basqınına məruz qalıb, küt alətlə başına zərbələr endirilib.

Yaxınları tərəfindən Lənkəran rayon Mərkəzi Xəstəxanasına, daha sonra Bakıda klinikalardan birinə aparılıb. Həkimlərin səylərinə baxmayaraq, V. Səfərovun həyatını xilas etmək mümkün olmayıb. V. Səfərov bu gün dünyasını dəyişib və cənazəsi yaşadığı kəndə gətirilib. Mərhum bu gün kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, faktla bağlı Lənkəran şəhər Polis Şöbəsində araşdırmalara başlanıb. Hələlik hadisə ilə bağlı saxlanılan yoxdur.

Saytda Axtarış

ახალი ამბები