Dalga Televiziyasi Gürcüstandakı dərsliklərdə İslam dini ilə bağlı yanlış məlumatlara düzəlişlər ediləcək
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4649
DünənDünən4631
Bu həftəBu həftə30346
Bu ayBu ay30346
Bu günə qədərBu günə qədər8773632

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstandakı dərsliklərdə İslam dini ilə bağlı yanlış məlumatlara düzəlişlər ediləcək

”Gürcüstanda gürcü və Azərbaycandilli məktəblər üçün nəzərdə tutulmuş “Tarix” fənni üzrə dərsliklərdə İslam dini haqqında yanlış məlumatlara düzəlişlər ediləcək”.
 

Bu barədə APA-nın Gürcüstan bürosuna Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov məlumat verib. O bildirib ki, idarə 2010-cu ildə çap olunan və əsasən 6, 7, 8, 11-ci sinif dərsliklərindəki səhvlərin işarələnmiş surətləri ilə birgə Gürcüstanın Elm və Təhsil Nazirliyinə müraciət ünvanlayıb.

 
“Nazirlik tərəfindən müraciətimizə rəsmi cavab məktubu göndərilib və bildirilib ki, növbəti tədris ili üçün plan təsdiq olunarkən Gürcüstan Müsəlmanları İdarəsinin etirazı əsas tutulacaq və dərsliklərin növbəti nəşri zamanı yanlışlıqların düzəlişi sahəsində dini qurumla birgə müzakirələr aparılacaq, dini ekspertlərin rəyləri nəzərə alınacaq”, - deyə R. İgidov söyləyib.

Saytda Axtarış

ახალი ამბები