Dalga Televiziyasi Günün dəhşətli xəbəri! Azərbaycanda "yol terror"u 6 can aldı
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2849
DünənDünən5773
Bu həftəBu həftə39565
Bu ayBu ay45353
Bu günə qədərBu günə qədər8406984

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Günün dəhşətli xəbəri! Azərbaycanda "yol terror"u 6 can aldı

Sentyabrın 6-da Azərbayacanda baş vermiş yol qəzaları nəticəsində 6 nəfər ölüb. Lent.az xəbər verir ki, dünən ölkədə ümumilikdə 14 ağır yol qəzası qeydə alınıb. Nəticədə vəfat edən şəxslərdən başqa daha 16 nəfər də xəsarət alıb.

Samux rayonunda "Hyundai" markalı avtomobilin ağaca çırpılması nəticəsində 59 yaşlı iki kişi vəfat edib. Siyəzən rayonunda – Bakı-Quba yolunun 102-ci kilometrliyində Rusiya Federasiyası vətəndaşlarının olduğu "Hyundai Elantra"nın aşması nəticəsində isə dağıstanlı qadın dünyasını dəyişib, daha 3 nəfər isə xəsarət alıb.

Dünən baş vermiş və ölümlə nəticələnən yol qəzalarından üçü Bakıda baş verib. Xəzər rayonunun Qala qəsəbəsində "Chevrolet Aveo" 40 yaşlı kişini, Yasamal rayonu A.Abbasov küçəsində isə minik avtomobili 61 yaşlı kişini vurub öldürüb. Sabunçuda minik avtomobili ilə evakuatorun toqquşması nəticəsində isə 23 yaşlı qız vəfat edib, daha 4 nəfər isə yaralanıb.

 

 Hər bir faktla bağlı araşdırma aparılır.

Saytda Axtarış

ახალი ამბები