Dalga Televiziyasi Tbilisi məhkəməsi terrorçuluqda ittiham olunan rusiyalı barədə qərar çıxarıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1947
DünənDünən5773
Bu həftəBu həftə38663
Bu ayBu ay44451
Bu günə qədərBu günə qədər8406082

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Tbilisi məhkəməsi terrorçuluqda ittiham olunan rusiyalı barədə qərar çıxarıb

Tbilisi Şəhər Məhkəməsi terrorçuluqda şübhəli bilinən Rusiya vətəndaşına ilkin həbs cəzasının verilməsi barədə qərar qəbul edib.
 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, istintaqla müəyyən olunub ki, həmin şəxs terror təşkilatı ilə əməkdaşlıq edib. Təqsirləndirilən şəxs terrorçuluq məqsədilə odlu silah, hərbi sursat və partlayıcı maddələrin saxlanılması və daşınmasında ittiham olunur. Onu 10 ildən 17 ilədək həbs cəzası gözləyir.


Xatırladaq ki, noyabrın 22-də Tbilisidə həyata keçirilmiş antiterror əməliyyatı zamanı terrorçuluqda şübhəli bilinən 3 nəfər zərərsizləşdirilib, bir nəfər isə saxlanılıb. Əməliyyat zamanı bir xüsusi təyinatlı ölüb, ikisi yaralanıb. Gürcüstan DİN-nin 2 əməkdaşı da xəsarət alıb.

Saytda Axtarış

ახალი ამბები