Dalga Televiziyasi Gürcüstanda cinayətkar qruplaşmanın üzvü olan iki Azərbaycan vətəndaşı saxlanılıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün987
DünənDünən5773
Bu həftəBu həftə37703
Bu ayBu ay43491
Bu günə qədərBu günə qədər8405122

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda cinayətkar qruplaşmanın üzvü olan iki Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstanda Tercola bələdiyyəsinin Broliskedi kəndində cinayətkar qruplaşmanın iki üzvü saxlanılıb.

APA-nın yerli bürosu Gürcüstan DİN-in məlumatına istinadən xəbər verir ki, həmin şəxslər 1988 və 1973-cü il təvəllüdlü Azərbaycan vətəndaşlarıdır.


İstintaqla müəyyən olunub ki, hər iki şəxsin olduğu beş nəfərlik qruplaşma dekabrın 1-də Tbilisidən Batumi istiqamətində maşınla gedən iki vətəndaşa odlu silahla hücum ediblər. 

Cinayətkar qruplaşmanın üzvləri vətəndaşlardan 140 min dollar, mobil telefonlar və şəxsi əşyaları hədə-qorxu gələrək alıblar. Hadisədən sonra cinayətkarlar hadisə yerindən qaçıblar.

Gürcüstan DİN soyğunçuları "isti izlər"lə tapıb. Polis onlardan oğurlanmış pulun bir hissəsini müsadirə edib. DİN cinayətkar qruplaşmanın bütün üzvlərinin şəxsiyyətini müəyyən edib. Qruplaşmanın üzvləri aasında 2 "qanuni oğru" olmaqla üç Gürcüstan vətəndaşı da var. DİN qruplaşmanın bütün üzvlərinin saxlanılması istiqamətində tədbirlər həyata keçirir.

Faktla bağlı cinayət işi açılıb. Saxlanılan şəxsləri 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Saytda Axtarış

ახალი ამბები