Dalga Televiziyasi Gürcüstandan Azərbaycana keçməyə cəhd edən narkotik alverçisi tutulub
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün5055
DünənDünən6004
Bu həftəBu həftə35998
Bu ayBu ay41786
Bu günə qədərBu günə qədər8403417

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstandan Azərbaycana keçməyə cəhd edən narkotik alverçisi tutulub

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Kvemo Kartli bölgəsi üzrə departamentinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən şəxsi saxlayıblar.

APA-nın yerli bürosunun xəbərinə görə, Gürcüstan DİN-in məlumatında bildirilir ki, istintaq nəticəsində saxlanılan 1962-ci il təvəllüdlü şəxsin mütəmadi olaraq narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən olunub. Saxlanılan şəxsdən tərkibində heroin və morfin olmaqla 4 bağlama narkotik vasitə müsadirə olunub.

Həmin şəxs Azərbaycanla sərhəddə yerləşən “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi ərazisində Gürcüstanı tərk etməyə cəhd edərkən saxlanılıb.

Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsi 6 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. 

Saytda Axtarış

ახალი ამბები